Şura Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göyləri, yeri onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. (Allah) istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir.
Bünyadov-Məmmədəliyev:
Göyləri, yeri oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir!
Elmir Quliyev :
Среди Его знамений создание небес и земли, а также тех живых существ (или те живые существа), которых Он расселил на них. Он способен собрать их, когда пожелает.
Ələddin Sultanov:
Göyləri, yeri oralara yaydığı canlıları yaratması da Onun (varlığının qüdrətinin) dəlillərindəndir. O, istədiyi zaman onları bir yerə cəm etməyə qadirdir.
Kerbelayi Malik ağa:
Göyləri yeri yaratması, orada heyvanları çoxaldıb yayması Onun ayələrindəndir. O, dilədiyi zaman onları toplamağa qadirdir.
Ələsgər Musayev:
Onun ayətindəndir xəlq olunması səmaların ərzin qaldırılması onlarda canlıların. O üzərində cəm etməyə onları, onda ki, istəyə, Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Göylərin, yerin onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət hikmət) nişanələrindəndir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir.
Kövsər Tağıyev:
Göyləri, yeri bu ikisi içində yaydığı canlıları yaratması Onun varlığının dəlillərindədir. O, istədiyi zaman onları bir yerə toplamağa da gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərin, yerin orada yaydığı heyvanların yaradılışı Onun ayələrindəndir. O, istədiyi vaxt onları bir yerə toplamağa da qadirdir!
Sabirə Dünyamalıyeva:
göylərin, yer üzünün yaradılması, göylərdə yerdə hər dabbehdən/canlıdan törədib yayması, Onun əlamətlərindən/ nümunələrindəndir. O, dilədiyi zaman onların hamısını toplamağa gücü yetəndir.