Əlixan Musayev:
Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar (onu dinləməyə) gəldikdə (bir-birinə): “Susun, (qulaq asaq)!”– dedilər. (Quran oxunub) qurtardıqdan sonra isə xəbərdar etmək məqsədilə öz tayfalarının yanına qayıtdılar.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Onu da xatırla ki, bir zaman bir dəstə (ona qədər) cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə (yaxud sənin yanında) hazır olduqda (bir-birinə): “Qulaq asın!” – dedilər və (Quran oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. (İşə bax ki, cinlər Quranı eşidib ona iman gətirdikləri halda, bu müşriklər hələ də ondan üz döndərirlər).
Elmir Quliyev
:
Вот Мы направили к тебе нескольких джиннов, чтобы они послушали Коран. Когда они пришли к нему, то сказали: "Молчите и слушайте!" Когда же оно (чтение Корана) было завершено, они вернулись к своему народу, чтобы предостеречь его.
Ələddin Sultanov:
Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərində ikən Nəhl vadisində sübh namazını qıldırmışdı. Bu əsnada yeddi, yaxud doqquz nəfərdən ibarət cin dəstəsi Həzrət Peyğəmbərin oxuduğu Quranı dinləmək üçün gəlmişdilər. Onlar Quranı dinlədikdən sonra onu təbliğ etmək məqsədilə öz tayfalarının yanına qayıtmışdılar.)
Kerbelayi Malik ağa:
Cinlərdən bir qrupu Quranı dinləmələri üçün sənə yönəltmişdik. Onun hüzuruna gəldikləri zaman ‘Susun, dinləyin!’ dedilər. Sonra (Qurani Kərim oxunması) bitincə öz qövmlərinə nəzir olaraq döndülər.
Ələsgər Musayev:
Onda sərf etdik neçə nəfər cinlərdən sənə tərəf, eşitsinlər
Qur’anı. Amma elə ki, hazır oldular ona, dedilər: «Sakit olun!»
Amma elə ki, qəzavat olundu, onlar qayıtdılar öz qoumlarına
tərəf nəzərə çatdırmaq üçün.
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zaman(ı) ki, cinlərdən bir dəstəsini Qur’ana qulaq asmaq üçün sənin yanına göndərdik. Elə ki, onun yanına (oxunduğu yerə) çatdılar, (bir-birlərinə) dedilər: «Sakit olun və dinləyin!» Və elə ki, (Qur'an oxunub) sona çatdı, (peyğəmbər kimi) qorxudan olaraq öz qövmlərinin yanına qayıtdılar.
Kövsər Tağıyev:
Bir vaxt, Qur`anı dinləmək üçün cinlərdən bir dəstəni sənə yönəltmişdik. Onlar onun hüzuruna gəldikdə bir-birilərinə: “Susun!” – dedilər. Qur`anın oxunması bitdikdə isə xəbərdar edən olaraq qövmlərinə qayıtdılar.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz Quranı dinləmək üçün sənin yanına bir bölük cin göndərdik. Onlar buna [dinləməyə] hazır olan kimi (bir-birilərinə) dedilər "Diqqətlə qulaq asın!" Dinləyib qurtardıqdan sonra öyüd-nəsihətlə öz camaatına üz tutaraq
Sabirə Dünyamalıyeva:
bir vaxt Biz, gizli xəfiyyələrdən Quranı dinləmək istəyən bir dəstəni sənin yanına göndərmişdik. Onlar Qurana [qulaq asmağa] hazır olduqları zaman, "Susun!" dedilər. Sonra Quranı dinləyincə, hər biri xəbərdarlıq etmək üçün öz qövmlərinin yanına qayıtdılar.