Əlixan Musayev:
Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?
Bünyadov-Məmmədəliyev:
Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!
Elmir Quliyev
:
Неужели те, чьи сердца поражены недугом, полагали, что Аллах не выведет наружу их злобу (или зависть)?
Ələddin Sultanov:
Yoxsa qəlblərində xəstəlik olanlar (münafiqlər) Allahın onların kinlərini üzə çıxartmayacağınımı zənn etdilər?
Kerbelayi Malik ağa:
Yoxsa qəlblərində xəstəlik olanlar Allahın onların kinlərini əsla ortaya çıxarmayacağınımı zənn etdilər?
Ələsgər Musayev:
Yoxsa hesab edirlər o kəslər ki,
qəlblərində mərəz var, Allah onların azğınlıqlarını üzə
çıxartmayacaq?
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa qəlblərində xəstəlik (ikiüzlülük və iman zəifliyi xəstəliyi olan) kəslər Allahın onların kin və ədavətlərini heç vaxt üzə çıxarmayacağını (və onların iç üzlərini ifşa etməyəcəyini) zənn edirlər?!
Kövsər Tağıyev:
Yoxsa qəlblərində xəstəlik olanlar elə güman etdilər ki, Allah onların kinlərini meydana çıxarmayacaq?
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa ürəklərində mərəz olanlar belə hesab edirdilər ki, Allah onların kinlərini üzə çıxarmayacaq?
Sabirə Dünyamalıyeva:
Yoxsa qəlblərində xəstəlik olan; pis düşüncəli kəslər elə güman edirlər ki, Allah onların kin-küdurətlərini əsla zahirə çıxartmayacaq?