Əlixan Musayev:
Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur”.
Bünyadov-Məmmədəliyev:
Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalımların cəzası budur!”
Elmir Quliyev
:
Я хочу, чтобы ты вернулся с моим грехом и твоим грехом и оказался среди обитателей Огня. Таково воздаяние беззаконникам".
Ələddin Sultanov:
İstəyirəm ki, həm mənim günahımı, həm də öz günahını yüklənib cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur!”
Kerbelayi Malik ağa:
‘Həqiqətən mən, mənim günahım ilə öz günahını yüklənməyini, beləcə atəş xalqından olmağını diləyirəm. Zalımların cəzası budur.’
Ələsgər Musayev:
Həqiqətən, mən
istəyirəm ki, qayıdasan günahımla mənim və günahınla sənin
və olasan əshabı odun. Bu, cəzasıdır zalimlərin!»
A.Mehdiyev və D.Cəfərli:
«Mən istəyirəm (əvvəl başlamayım) ki, sən (məni öldürmək günahı və) mənim (digər) günah(lar)ımla və öz günahlarınla (Allah dərgahına) qayıdasan və Cəhənnəm əhlindən olasan. Budur zalımların cəzası»!
Kövsər Tağıyev:
“Mən istəyirəm ki, sən mənim günahımı da, öz günahını da üstünə götürüb cəhənnəmliklərdən olasan. Zalımların cəzası budur”.
M.Qənioğlu və T.Bilaloğlu:
Çünki mən istəyirəm ki, sən mənim günahlarımı da, öz günahlarının da üzərinə götürüb cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur !”
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, mən istəyirəm ki, sən məni öldürməyin günahını və özünün [digər] günahlarını da alıb Atəş əhlindən olasan! Şirk qoşaraq, küfr işləyərək səhv [öz zərərinə olan əməli işləyənlərin] cəzası budur!" dedi.