Zariyat Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
Bünyadov-Məmmədəliyev:
(Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: “Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)”
Elmir Quliyev :
Его жена стала кричать и бить себя по лицу. Она сказала: "Старая бесплодная женщина!"
Ələddin Sultanov:
Onun zövcəsi (Sara) qışqıraraq gəldi əlini üzünə vuraraq: “Mən sonsuz bir qoca qarıyam!” - dedi.
Kerbelayi Malik ağa:
Zövcəsi (bu xəbəri) üz-gözünə vurub qışqıraraq qarşıladı: ‘Mən sonsuz qoca bir qadınam.’ dedi.
Ələsgər Musayev:
Gəldi onun arvadı qışqıraraq, üzünə vuraraq dedi: «Acuza, bəhərsiz bir arvadam!»
A.Mehdiyev və D.Cəfərli:
Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu (təəccüb sevincdən) üzünə vuraraq dedi: «Qısır bir qarı (doğa bilər)?!»
Kövsər Tağıyev:
Bundan sonra zövcəsi haray qopararaq əlini üzünə vurdu, “Mən qısır bir qarıyam (necə övladım ola bilər?)” dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun qadını üz-gözünə döyə-döyə, çığıra-çığıra gələrək: "Mən ki sonsuz bir qarıyam." - dedi.
Sabirə Dünyamalıyeva:
Belə olduqda qadını qışqıraraq qabağa çıxdı əlini üzünə vuraraq: "Bir bəxtsiz, bir sonsuz!" dedi.