Əlixan Musayev:
Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Oğlun Qasım, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)
Elmir Quliyev
:
Воистину, твой ненавистник сам окажется бездетным.
Ələddin Sultanov:
Şübhəsiz ki, sənə düşmənçilik edənin özü sonsuzdur.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sənə əbtər deyərək nifrət edənin özü əbtərdir (soyu kəsikdir).
Ələsgər Musayev:
həqiqətən,
sənin şənini bəyənməyən, o, özü betərdir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir.
Kövsər Tağıyev:
Doğrusu, sənə nifrət edənin özü nəsli kəsilmiş olandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, səni gözü götürməyənin özü sonsuzdur.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, səni xor görən, sonu olmayan; səyləri fayda verməyən kəsin elə özüdür!