Hicr Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər ,(dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!
Elmir Quliyev :
Оставь их пусть они едят, пользуются благами и увлекаются чаяниями. Скоро они узнают.
Ələddin Sultanov:
Qoy onlar yeyib-içib keflərini sürsünlər boş ümidlər onları məşğul etsin. Tezliklə (əməllərinin nəticəsini) biləcəklər.
Kerbelayi Malik ağa:
Onları tərk et. Yeyib-içsinlər, əylənsinlər əməlləri onları məşğul etsin. Lakin yaxında biləcəklər.
Ələsgər Musayev:
Tərk et onları, qoy onlar yesinlər mətahlansınlar məşğul etsin onları əməlləri. Sonra biləcəklər!
A.Mehdiyev və D.Cəfərli:
Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər.
Kövsər Tağıyev:
Qoy yesinlər (içsinlər), səfa sürsünlər, xamxəyalları başlarını qatsın. Onlar (həqiqəti) biləcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onları burax, qoy yeyib-içib güzəran sürsünlər qoy ümidləri onları əyləndirsin. Sonra özləri biləcəklər!
Sabirə Dünyamalıyeva:
Qoy onlar yesinlər, faydalansınlar boş ümid onların başını qatsın. Amma onlar tezliklə biləcəklər.