Əlixan Musayev:
(Allah,) göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır.
Bünyadov-Məmmədəliyev:
(Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən ucadır!
Elmir Quliyev
:
Он сотворил небеса и землю ради истины. Он превыше тех, кого они приобщают в сотоварищи!
Ələddin Sultanov:
O, göyləri və yeri haqq ilə yaratdı. Allah onların qoşduqları şəriklərdən ucadır!
Kerbelayi Malik ağa:
Səmaları və yer üzünü haqq ilə yaratdı. O, şirk qoşduqları şeylərdən Ucadır.
Ələsgər Musayev:
Xəlq
etdi səmaları və ərzi haqq ilə. Alidir nədən ki, şərik qoşurlar!
A.Mehdiyev və D.Cəfərli:
Göyləri və yeri (və bu ikisinin arasında olanları) haqq olaraq (və uca və əqli əsasları olan bir məqsəd üçün) yaratdı. O, onların şərik qoşduqlarından uca və üstündür.
Kövsər Tağıyev:
Allah göyləri və yeri haqq və hikmətə uyğun olaraq yaratdı. O, müşriklərin şərik qoşduqları şeylərdən ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, (Ona) qoşulan şəriklərdən yüksəkdə durur.
Sabirə Dünyamalıyeva:
Allah, göyləri və yer üzünü haqq ilə əmələ gətirdi. O, onların şərik qoşduqları şeylərdən ucadır.