Möminun Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
o kəslərdir ki, sözbazlıqdan qaçırlar,
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;
Elmir Quliyev :
которые отворачиваются от всего праздного,
Ələddin Sultanov:
O kəslər ki, boş söz hərəkətlərdən üz çevirərlər,
Kerbelayi Malik ağa:
Onlar boş şeylərdən üz çevirənlərdir.
Ələsgər Musayev:
o kəslər ki, lağ-lağıdan üz çevirirlər,
A.Mehdiyev və D.Cəfərli:
o kəslər ki, bütün pis çirkin (iş)lərdən üz döndərirlər.
Kövsər Tağıyev:
Faydasız işlərdən boş sözlərdən üz çevirərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
boş söz-söhbətdən kənar dururlar,
Sabirə Dünyamalıyeva:
onlar, boş şeylərdən üz döndərən kəslərdir,