Furqan Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Kafirlər) isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm özləri yaradılan, özlərinə bir zərər, bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə yenidən diriltməyə qüdrəti olmayanları özlərinə tanrı götürdülər.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə bir zərər, bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər.
Elmir Quliyev :
Они стали поклоняться вместо Него другим божествам, которые ничего не создают, хотя сами были сотворены. Они не властны принести вред или пользу даже самим себе и не распоряжаются ни смертью, ни жизнью, ни воскрешением.
Ələddin Sultanov:
(Kafirlər) Allahı qoyub heç bir şey yarada bilməyən, əksinə özləri yaradılmış olan, özlərinə belə zərər, xeyir verə bilən, öldürməyə, həyat verməyə yenidən diriltməyə gücləri çatmayanları ilah qəbul etdilər.
Kerbelayi Malik ağa:
Heç bir şey yarada bilməyən özləri yaradılmış olan, özlərinə fayda zərər verməyə malik olmayan Ondan (Allahdan) başqa ilahlar qəbul etdilər. (Onlar) öldürməyə, həyat verməyə yenidən diriltməyə malik deyildirlər.
Ələsgər Musayev:
Götürdülər Onun əvəzinə ilahilər ki, bir şey xəlq etməyiblər onlar xəlq olunublar. Malik deyillər öz nəfslərinə zərər mənfəət verməyə. Malik deyillər öldürməyə həyat verməyə nəşr etməyə.
A.Mehdiyev və D.Cəfərli:
Allahın yerinə (nəinki) heç bir şey yaratmayan, (hətta) özləri yaradılan (yaradılmış olan), özləri üçün heç bir ziyan xeyirə malik olmayan öldürməyə, həyat bəxş etməyə ölümdən sonra diriltməyə qadir olmayan məbudlar götürdülər.
Kövsər Tağıyev:
(İnkar edənlər) Allahı buraxıb heç bir şey yaratmayan, özləri yaradılmış olan, üstəlik onlara faydası zərəri toxunmayan, öldürməyə, yaşatmağa ölüləri dirildib qəbirdən çıxartmağa gücləri yetməyən ilahlar tutdular.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə Onu qoyub özlərinə elə tanrılar götürüblər ki, onlar heç bir şey yaratmır, özləri yaradılanlardır, özləri üçün bir zərərə, bir xeyrə malikdirlər, öldürməyə, həyat verməyə, diriltməyə qadirdirlər.
Sabirə Dünyamalıyeva:
Halbuki kafirlər Onun altındakılardan, heç bir şey əmələ gətirə bilməyən, özləri əmələ gətirilmiş olan, özlərinə zərər də, xeyir verməyə gücü olmayan, ölümə, həyata ölümdən sonra yenidən diriltməyə gücləri çatmayan məbudlar qəbul etdilər.