Əlixan Musayev:
Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.
Bünyadov-Məmmədəliyev:
Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!
Elmir Quliyev
:
Мы уже подвергли искушению тех, кто был до них. Аллах непременно узнает тех, которые говорят правду, и непременно узнает лжецов.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru söyləyənləri də, yalançıları da, əlbəttə, bilir.
Kerbelayi Malik ağa:
And olsun ki, onlardan əvvəlkiləri də imtahan etdik. Allah sadiqləri də yalançıları da mütləq bilir.
Ələsgər Musayev:
Əlbəttə, Biz sınadıq o kəsləri ki, onlardan qabaq var idilər. Bilir Allah o kəsləri ki, sadiqdirlər və bilir yalançıları.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar.
Kövsər Tağıyev:
And olsun biz onlardan əvvəlkiləri də imtahan etmişdik. Allah doğru söyləyənləri də, yalançıları da şübhəsiz ki, bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlardan əvvəlkiləri də sınadıq. Allah, əlbəttə, düz danışanları da tanıyır, yalançıları da!
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz onlardan əvvəlkiləri də saflaşdırmaq üçün atəşlərə/çətinliklərə atmışdıq. Əlbəttə Allah, doğru kəsləri bildirəcək/işarələyib göstərəcək və əlbəttə, yalançıları da mütləq bildirəcək/işarələyib göstərəcək.