Rum Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar;
Bünyadov-Məmmədəliyev:
(Ərəbistana) ən yaxın bir yerdə (Şamda ya Urdunda). Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər.
Elmir Quliyev :
в самой низкой (или ближайшей) земле. Но после своего поражения они одержат верх
Ələddin Sultanov:
(Ərəb yarımadasına) ən yaxın bir yerdə. Onlar bu məğlubiyyətdən sonra yaxın bir vaxtda qalib gələcəklər.
Kerbelayi Malik ağa:
Onlar yaxın zamanda ən çökək yerdə məğlub olduqdan sonra qalib gələcəklər.
Ələsgər Musayev:
yaxın ərzdə onlar bu məğlubiyyətdən sonra qalib gələcəklər,
A.Mehdiyev və D.Cəfərli:
(Hicaza, yəni Suriya İordaniyaya) ən yaxın olan bir yerdə. Onlar məğlubiyyətlərindən sonra tezliklə qalib gələcəklər.
Kövsər Tağıyev:
Onlar qalib gələcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
ən yaxın bir torpaqda. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar
Sabirə Dünyamalıyeva:
Onlar, bu məğlubiyyətlərindən sonra bir neçə il içində qalib gələcəklər.