Əlixan Musayev:
Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır.
Bünyadov-Məmmədəliyev:
Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.
Elmir Quliyev
:
Если вы боитесь, что не будете справедливы к сиротам, то женитесь на других женщинах, которые нравятся вам : на двух, трех, четырех. Если же вы боитесь, что не будете одинаково справедливы к ним, то довольствуйтесь одной или невольницами, которыми овладели ваши десницы. Это ближе к тому, чтобы избежать несправедливости (или бедности).
Ələddin Sultanov:
Əgər (özləri ilə evləndiyinizdə) yetim qızlar barəsində ədalətli ola bilməyəcəyinizdən qorxsanız, bəyəndiyiniz qadınlardan ikisi, üçü, dördü ilə nikah bağlayın! Əgər ədalətli ola bilməməkdən qorxsanız, onda, tək bir qadınla və ya sahib olduğunuz kənizlərlə (kifayətlənin)! Haqsızlığa yol verməməyiniz üçün ən uyğun olan budur. (Qadının dünyaya uşaq gətirmə qabiliyyətinin olmaması, müharibə nəticəsində kişilərin sayının azalması və s. səbəblərdən İslamda kişilər üçün çox evliliyə icazə verilmişdir. Bu hallarda kişinin birdən çox qadınla evlənməsi əmr deyil, bir növ icazədir. Bu icazə isə ədalət şərtinə bağlanmış və bu şərtə riayət edə bilməyən kişilərin bir qadınla kifayətlənməsi əmr edilmişdir.)
Kerbelayi Malik ağa:
Əgər yetimlər haqqında ədalətə riayət edə bilməyəcəyinizdən qorxsanız, o təqdirdə xoşunuza gələn (sizə halal olan digər) qadınlardan iki, üç, dörd nəfərlə nikahlanın. Lakin əgər (onlarla da) ədalətlə davrana bilməyəcəyinizdən qorxsanız, o zaman bir nəfər ilə və ya əlinizin altındakı sahib olduqlarınızla (cariyələrinizlə) kifayətlənin. Bu, haqsızlıq etməməyiniz üçün daha uyğundur.
Ələsgər Musayev:
Əgər xoflandınız insaflı olmayacaqsınız
yetimlərdə və onda nigah edin nə ki, tab sizin üçün qadınlardan
iki və üç və dörd. Əgər xoflansanız ədalətli olmayacaqsınız,
vahidlə, ya əlinizin altında olan məlakətlə. Bu, yaxındır ki,
əyilməyəsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır.
Kövsər Tağıyev:
Əgər (qəyyumluq etdiyiniz) yetim qızlar (ilə evlənib onlar) haqqında ədalətsizlik etməkdən qorxarsınızsa, (onlarla deyil), sizə halal olan (başqa) qadınlardan iki-iki, üç-üç, dörd-dörd olmaqla nikah bağlayın. Əgər (o qadınlar arasında da) ədalətli davranmayacağınızdan qorxarsınızsa, onda biri ilə evlənin və ya sahib olduğunuz (cariyələr) ilə kifayətlənin. Bu, ədalətdən ayrılmamağınız üçün daha uyğundur.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz yetim (qızlara) qarşı ədalətli olmayacağınızdan qorxsanız, onda xoşunuza gələn qadınlardan ikisi, üçü və dördü ilə evlənin, (bunda da) əgər ədalətli olmayacağınızdan qorxsanız, onda biri ilə və ya sahib olduğunuz kənizlə (evlənin). Bu, haqsızlıq etməməyinizə daha yaxındır.
Sabirə Dünyamalıyeva:
Və əgər yetimləriniz barədə haqqaniyetsizlik etməkdən qorxursunuzsa, o halda yetimlərin qadınlarından/yetimlərə baxmaq məcburiyyətində qalmış qadınlardan sizin üçün xoş olanlarından iki-iki, üç-üç üç, dörd-dörd nikahla alın. Əgər o təqdirdə də ədalətsizlik etməkdən qorxursunuzsa, birini yaxud da qanunlar çərçivəsində himayənizdə olan qadını nikahla alın. Bu, haqsızlıq etməməyiniz üçün ən münasib [yoldur].