Şura Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qüdrətli Müdrik olan Allah sənə səndən əvvəlkilərə belə vəhy edir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy edir!
Elmir Quliyev :
Так внушает откровение тебе и твоим предшественникам Аллах Могущественный, Мудрый.
Ələddin Sultanov:
Qüdrətli hikmət sahibi olan Allah sənə səndən əvvəlkilərə belə vəhy edir.
Kerbelayi Malik ağa:
Əziz Hakim olan Allah sənə səndən əvvəlkilərə belə vəhy edər.
Ələsgər Musayev:
Belə vəhy edir sənə tərəfinə o kəslərin ki, səndən qabaq var idilər. Allah Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Qüdrətli, hikmət sahibi olan Allah sənə səndən öncə olmuşlara (peyğəmbərlərə) bu cür (bu kəlmələr bu surə kimi) vəhy edir.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Mütləq güc sahibi, hökm hikmət sahibi olan Allah sənə səndən əvvəlkilərə bax belə vəhy edir.
M.Qənioğlu və T.Bilaloğlu:
Qüdrət, hökm hikmət sahibi Allah sənə səndən əvvəlkilərə beləcə vəhy edir.
Sabirə Dünyamalıyeva:
Ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allah sənə səndən öncəkilərə bax budur,belə vəhy edər.