Əhqaf Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz göyləri, yeri onların arasında olanları ancaq bir həqiqət kimi məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər.
Bünyadov-Məmmədəliyev:
Biz göyləri, yeri onların arasında olanları ancaq haqq olaraq (qiyamət günü sona çatacaq) müəyyən bir müddət üçün yaratdıq. Kafirlər qorxudulduqları şeylərdən (qiyamətdən, imana dəvət edən öyüd-nəsihətdən) üz döndərdilər.
Elmir Quliyev :
Мы сотворили небеса, землю и то, что между ними, только ради истины и на определенный срок. Но те, которые не веруют, отворачиваются от того, от чего их предостерегают.
Ələddin Sultanov:
Biz göyləri, yeri onların arasındakıları yalnız haqqa aparan bir vasitə olaraq müəyyən bir müddət üçün yaratdıq. Ancaq kafirlər xəbərdar edildikləri şeylərdən üz döndərirlər.
Kerbelayi Malik ağa:
Göyləri, yeri ikisinin arasındakıları ancaq haqq ilə yaratdıq. Bilinən bir zamana qədər. Onlar ki, xəbərdar edildikləri şeylərdən üz çevirən kafirlərdir.
Ələsgər Musayev:
Biz xəlq etdik səmaları ərzi onlar arasında olanları, ancaq haqq ilə əcələ toxunana. O kəslər ki, kafirdirlər, nədən ki, nəzərlərinə çatdırılır, üz çevirirlər.
A.Mehdiyev və D.Cəfərli:
Biz göyləri, yeri onların arasında olanları yalnız haqq olaraq (uca ağılın qəbul etdiyi bir hədəf üçün) müəyyən müddətədək (varlıq aləminin quruluşunun pozulacağı Qiyamət gününədək) yaratmışıq. Küfr edənlər qorxudulduqları şeydən üz döndərirlər.
Kövsər Tağıyev:
Biz göyləri, yeri ikisi arasında olanları haqq hikmətə uyğun olaraq müəyyən bir müddət üçün yaratdıq. İnkar edənlər isə xəbərdar edildikləri şeylərdən üz döndərirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz göyləri, yeri onların arasında olanları ancaq haqq olaraq müəyyən bir müddət üçün yaratdıq. Kafirlər isə xəbərdarlıq edildikləri şeylərdən üz döndərirlər.
Sabirə Dünyamalıyeva:
Biz göyləri, yeri onların ikisinin arasındakıları ancaq "haqq" ilə "müəyyən bir müddət" üçün yaratdıq. O kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] isə xəbərdar edildikləri şeylərdən/xəbərdar edilməkdən üz döndərənlərdir.