Hucurat Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Allahın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma böyük mükafat gözləyir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma böyük mükafat (Cənnət) gözləyir!
Elmir Quliyev :
Воистину, сердца тех, которые при Посланнике Аллаха понижают свои голоса, Аллах очистил (или раскрыл) для богобоязненности. Им уготованы прощение и великая награда.
Ələddin Sultanov:
Şübhəsiz, Allah Rəsulunun yanında astadan danışanlar Allahın qəlblərini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma böyük bir mükafat vardır.
Kerbelayi Malik ağa:
Allahın Rəsulunun yanında səslərini alçaldanlar; məhz onlar Allahın təqva üçün qəlblərini sınadığı kimsələrdir. Onlar üçün məğfirət böyük mükafat vardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, Allah rəsulunun yanında səslərini alçaldırlar, həmin onlar o kəslərdir ki, Allah imtahan etdi qəlblərinin təqvalılığı üçün. Onlar üçün bağışlanmaq əzəmətli əcr var.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allahın peyğəmbərinin yanında səslərini aşağı salanlar Allahın qəlblərini pərhizkarlıq üçün sınadığı (və hazırladığı) kəslərdir. Onlar üçün bağışlanma böyük bir mükafat vardır.
Kövsər Tağıyev:
Allahın elçisinin hüzurunda səslərini qısanlar ki var, Allah onların qəlblərini təqva sınağından keçirmişdir. Onlar üçün bir bağışlanma böyük bir mükafat var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın peyğəmbərinin hüzurunda səslərini alçaldanlar o kəslərdır ki, Allah onların ürəklərini müttəqilik üçün sınamışdır. Onlara bağışlanma böyük mükafat vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah Elçisinin hüzurunda səslərini aşağı salanlar [ki var]; Allah, bax onların qəlblərini Özünün mühafizəsi altına girməsi üçün imtahana çəkmişdir. Onlar üçün bağışlanmaq, himayə böyük bir mükafat var.