Əlixan Musayev:
Məgər biz ölüb torpağa qarışdıqdan sonra (yenidən diriləcəyik)? Bu, əlçatmaz bir qayıdışdır!”
Bünyadov-Məmmədəliyev:
Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!”
Elmir Quliyev
:
Неужели это (воскрешение) произойдет после того, как мы умрем и станем прахом? Это возвращение невероятно!"
Ələddin Sultanov:
Biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyikmi)? Bu, həqiqətdən uzaq (qeyri-mümkün) bir dönüşdür”.
Kerbelayi Malik ağa:
‘Biz öldüyümüz və torpaq olduğumuz zamanmı (yenidən dirildiləcəyik)?’ Bu, uzaq (reallaşması mümkün olmayan) bir qayıdışdır.
Ələsgər Musayev:
Ə, onda ki, meyyitik və olduq torpaqnan?... Bu müraciətdir
uzaq!»
A.Mehdiyev və D.Cəfərli:
Məgər ölüb torpaq olandan sonra (yenidən dirildiləcək və ayağa qaldırılacağıq)? Bu, (tarixi təcrübədən və ağılın dərkindən) uzaq bir qayıdışdır. (Bədənlərin dağılmış və bir-birinə qarışmış hissələri bir-birindən ayrıldıqdan sonra bir yerə necə toplana bilər?)»
Kövsər Tağıyev:
“Öldüyümüz və torpaq olduğumuz zaman (dirildiləcəyik)? Bu, ağlasığmaz (imkansız) bir qayıdışdır!”
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən dirilərik)? Bu, (həqiqətdən) uzaq bir dönüşdür."
Sabirə Dünyamalıyeva:
Bu təəccüblü bir şeydir! Ölüb torpaq olduğumuz zamanmı? Bu, uzaq bir qayıdışdır dedilər.