Əlixan Musayev:
Qadınlarını (anaya bənzədərək) özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır!
Elmir Quliyev
:
Те, которые объявляют своих жен запретными для себя, а потом отрекаются от сказанного, должны освободить одного раба прежде, чем они прикоснутся друг к другу. Этим вас увещевают, и Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Qadınlarına zihar edib sonra dediklərindən dönən kimsələr (qadınları ilə) yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüddür. Allah sizin etdiklərinizdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Onlar ki, qadınları ilə zihar edib (arxa çevirib), sonra söylədikləri şeydən geri dönərlər. O təqdirdə yaxınlıq etmədən əvvəl bir köləni azad etsin. Bu sizə verilən öyüddür. Allah etdiklərinizdən xəbərdar olandır.
Ələsgər Musayev:
O kəslər ki, zihar edir
qadınlarından, sonra nə ki, dedilər, ondan qayıdırlar, bir-birinə
toxunmamışdan qabaq bir qul azad etsinlər. Bununla sizə
nəsihət edirlər. Allah nə ilə ki, əməldəsiniz, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Qadınları ilə zihar edib sonra da dediklərindən dönənlərin, həmin zövcələri ilə təmasda olmazdan əvvəl bir qul azad etmələri vacibdir. Bu, sizə verilən bir öyüddür. Allah etdiklərinizdən xəbərdardır.
Kövsər Tağıyev:
Zihar edərək qadınlarından ayrılıb sonra isə söylədiklərindən dönənlər zövcələri ilə yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu hökm ilə sizə öyüd verilir. Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Qadınlannı analarına bənzədib zihar edənlər, sonra isə öz sözlərini geri götürənlər öz arvadları ilə təmasa girməzdən əvvəl bir kölə azad etməkdirlər. Sizə bunu nəsihət edirlər. Şübhəsiz Allah nələr etdiyinizdən xəbərdardır!
Sabirə Dünyamalıyeva:
Və qadınları ilə zihar edib sonra da dediklərindən dönənlər, bir-birləri ilə təmasdan/əlaqədən əvvəl bir kölə azad etməlidirlər. Sziə verilən öyüd bax budur. Allah, əməllərinizdən çox yaxşı xəbərdardır.