Əlixan Musayev:
O, həm göylərdə, həm də yerdə (ibadət olunan Tək) Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir.
Bünyadov-Məmmədəliyev:
Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!
Elmir Quliyev
:
Он — Аллах на небесах и на земле. Он знает то, что вы утаиваете и совершаете открыто, и знает то, что вы приобретаете.
Ələddin Sultanov:
Göylərdə və yerdə (tək ilah olan) O Allahdır! O, gizlətdiyinizi də, aşkar etdiyinizi də bilir. O, sizin qazandığınızı da bilir.
Kerbelayi Malik ağa:
Göylərdə və yerdə Allah Odur. Sizin sirrinizi və açıqladığınızı və qazanacağınız şeyi bilir.
Ələsgər Musayev:
O - Allahdır səmalarda və ərzdə. Bilir sirlərinizi və
aşkarınızı və bilir nə ki, kəsb etdiyinizi.
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə və yerdə olan tək Allah Odur. O, sizin gizlininizi də, aşkarınızı da bilir və (yaxşı və pisdən) əldə etdiklərinizdən də xəbərdardır.
Kövsər Tağıyev:
Halbuki O, göylərdə də Allahdır, yerdə də. Sizin gizlinizi də bilir, aşkara vurduğunuzu da. Sizin nə qazanacağınızı da bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
göylərdə də, yerdə də Allahdır! Sizin gizlində və aşkarda nələr etdiyinizi bilir. O nə qazandığınızdan xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Və O, göylərdəki və yerdəki Allahdır. O, gizlininizi və aşkarınızı bilir. Qazandığınız şeyləri də bilir.