Əlixan Musayev:
Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar.
Bünyadov-Məmmədəliyev:
Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.
Elmir Quliyev
:
Это потому, что они уверовали, а затем стали неверующими. Затем их сердца были запечатаны, и теперь они не разумеют.
Ələddin Sultanov:
Çünki onlar (əvvəlcə) iman gətirib sonra inkar etdilər. Buna görə də onların qəlbləri möhürləndi. Artıq onlar (haqqı) anlamazlar.
Kerbelayi Malik ağa:
Bu onların (öncə) amənu olmaları (Allaha təslim olmağı diləyərək hidayətə ərdikdən) sonra da küfrə düşmələri səbəbiylədir. Bu səbəblə onların qəlbləri möhürləndi. Artıq onlar idrak edə bilməzlər.
Ələsgər Musayev:
Bu, ondan
ötrüdür ki, onlar inandılar, sonra kafir oldular və qəlblərinin
üzərinə möhür vuruldu və onlar anlamırlar.
A.Mehdiyev və D.Cəfərli:
O (nifaq və pis əməl) buna görə idi ki, onlar (bəzi möcüzələri görməklə) iman gətirdilər, sonra isə kafir oldular (və münafiqlərə qoşuldular), beləliklə onların qəlblərinə (bədbəxtlik) möhür(ü) vuruldu, buna görə də başa düşmürlər.
Kövsər Tağıyev:
Bu, onların əvvəlcə iman edib sonra inkar etmələri, buna görə də qəlblərinə möhür vurulması səbəbi ilədir. Artıq onlar anlamazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu ona görədir ki, onlar iman gətirib, sonra küfr etdilər. Onların ürəklərinə möhür vuruldu. Artıq onlar anlamazlar.
Sabirə Dünyamalıyeva:
Bunun səbəbi odur ki, onlar iman etdilər, sonra iman etmədilər. Beləliklə, qəlblərinin üstünə möhür vurulmuşdur, artıq onlar yaxşı başa düşə [qavraya] bilməzlər.