Əlixan Musayev:
O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır.
Bünyadov-Məmmədəliyev:
O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir). Axır dönüş də Onun hüzurunadır!
Elmir Quliyev
:
Он создал небеса и землю ради истины, придал вам облик и сделал ваш облик прекрасным. К Нему предстоит прибытие.
Ələddin Sultanov:
O, göyləri və yeri haqq (hikmət) ilə yaratdı. Sizə surət verib surətlərinizi gözəlləşdirdi. Axır dönüş Onadır.
Kerbelayi Malik ağa:
Göyləri və yeri haqq ilə yaratdı. Sizə surət (şəkil) verdi. Sonra sizin surətlərinizi əhsən (ən gözəl) etdi və dönüş Onadır.
Ələsgər Musayev:
Xəlq etdi
səmaları və ərzi haqq ilə. Sizə surət verdi və yaxşı surət verdi
sizə və qayıdış Ona tərəfdir!
A.Mehdiyev və D.Cəfərli:
O, göyləri və yeri haqq ilə (uca və ali bir məqsəd naminə) yaratdı və sizə (belə xüsusi bir şəkildə) surət verdi və surətinizi (bədən üzvlərinizin ruhi və insani sifətlərlə uyğunluğu baxımından) gözəl etdi. (Sizin və digər canlıların) dönüş(ü) Ona tərəfdir.
Kövsər Tağıyev:
Göyləri və yeri haqq və hikmətə uyğun olaraq yaratdı. Sizə surət verdi və surətlərinizi də gözəl etdi. Qayıdış yalnız Onadır.
M.Qənioğlu və T.Bilaloğlu:
O, göyləri və yeri yerli-yerində yaratmışdır və sizə surətlər vermişdir. Surətlərinizi gözəl biçimdə yaratmışdır. Onadır son dönüş!
Sabirə Dünyamalıyeva:
Allah göyləri və yeri haqq ilə meydana gətirdi və sizə surət verdi. -Surətlərinizi də nə gözəl etdi!- Və dönüş yalnız Onadır.