Əlixan Musayev:
Onlar (insanları) Allah yolundan sapdırmaq üçün (bütləri) Ona tay tutdular. De: “(Hələlik) əylənin! Şübhəsiz ki, dönüşünüz Odadır”.
Bünyadov-Məmmədəliyev:
Onlar (xalqı) Allah yolundan döndərmək üçün Ona (özlərindən uydurub cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum! Onlara) belə de: “Hələ ki, (dünyada bir qədər) əylənib kef çəkin. Axırda məskəniniz atəş (Cəhənnəm) olacaqdır!”
Elmir Quliyev
:
Они признавали равных Аллаху, чтобы сбить других с Его пути. Скажи: "Пользуйтесь благами, но ваш путь лежит в Огонь".
Ələddin Sultanov:
Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De ki: “(Dünya nemətlərindən) faydalanın! Şübhəsiz ki, sizin dönüş yeriniz cəhənnəmdir”.
Kerbelayi Malik ağa:
Onun yolundan sapdırmaq üçün Allaha şəriklər qoşdular. ‘Mətalanın (rifah içində yaşayın, faydalanın)’ de. Artıq sizin dönüşünüz atəşədir.
Ələsgər Musayev:
Etdilər Allah üçün
tay, Onun yolundan zəlalətə salmaq üçün. De: «Mətahlanın,
ondan ötrü ki, sizin yolunuz oda tərəfdir!
A.Mehdiyev və D.Cəfərli:
Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De: «(Bir neçə günlük bu dünyanızda) bəhrələnin ki, dönüşünüz mütləq oda tərəfdir.»
Kövsər Tağıyev:
Allahın yolundan azdırmaq üçün ona şəriklər qoşdular. De ki: “Bir az da səfa sürün! Çünki qayıdışınız cəhənnəm odunadır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona tay-tuşlar qoşdular. De: "Siz öz kefinizdə olun. Sizin son qayıdışınız isə cəhənnəm odunadır".
Sabirə Dünyamalıyeva:
Və nankorlar, Onun yolundan azdırmaq üçün Allaha şəriklər qoşdular. De ki: "Bəhrələnin, artıq, şübhəsiz, dönüşünüz atəşə olacaq."