Əlixan Musayev:
Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (nazil etmişdir)!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir.
Bünyadov-Məmmədəliyev:
Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz (öz peyğəmbərinə) nə nazil etmişdir? – deyə soruşduqda isə onlar: “Xeyir (nazil etmişdir)” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir!
Elmir Quliyev
:
Когда богобоязненных спрашивают: "Что ниспослал вам Господь?" — они говорят: "Благо". Тем, кто творил в этом мире добро, будет воздано добром. А Последняя обитель будет еще лучше. Как же прекрасна Обитель богобоязненных!
Ələddin Sultanov:
Təqva sahiblərinə: “Rəbbiniz nəyi nazil etdi?” - deyildikdə onlar: “Xeyir (nazil etmişdir)”, - deyərlər. Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyrlidir. Müttəqilərin yurdu necə də gözəldir!
Kerbelayi Malik ağa:
Təqva sahiblərinə: ‘Rəbbiniz nə endirdi?’ deyildi. ‘Xeyir endirdi.’ dedilər. Əhsən olanlara (iradəsini Allaha təslim edənlərə) bu dünyada həsənələr (yaxşılıqlar, gözəlliklər, savablar) vardır. Əlbəttə axirət yurdu daha xeyirlidir. Həqiqətən müttəqilərin (təqva sahiblərinin) yurdu nə gözəldir.
Ələsgər Musayev:
Deyəcəklər o kəslərə ki, təqvalıdırlar:
«Rəbbiniz nə nazil etdi?» Deyəcəklər: «Xeyir!» O kəslər üçün
ki, bu dünyada yaxşılıq etdi, yaxşılıq var və axirət evi daha
xeyirlidir. Müttəqilər üçün gözəl nemətli evdir
A.Mehdiyev və D.Cəfərli:
Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!
Kövsər Tağıyev:
Allaha qarşı gəlməkdən çəkinənlərə: “Rəbbiniz nə endirdi?” – deyildikdə, “Xeyir endirdi”, – deyərlər. Bu dünyada yaxşılıq edənlərə bir yaxşılıq var. Axirət yurdu isə daha xeyirlidir. Allaha qarşı gəlməkdən çəkinənlərin yurdu necə də gözəldir!
M.Qənioğlu və T.Bilaloğlu:
Müttəqilərə isə: “Rəbbiniz nə nazil etmişdir?" - deyiləndə onlar deyəcəklər “Xeyir (nazil etmişdir)". Yaxşı iş tutanlara bu dünyada yaxşı olacaqdır, axirət evi isə daha xeyirlidir. Müttəqilərin mənzili necə də gözəldir!
Sabirə Dünyamalıyeva:
Və Allahın mühafizəsi altına daxil olan kəslərə: "Rəbbiniz nə nazil etmişdir?" deyildikdə, onlar: "Xeyir [yaxşılıq]" deyəcəklər. Bu dünyada gözəl-yaxşı əməl işləyənlərə yaxşılıq-gözəllik var. Axirət yurdu isə şübhəsiz ki, daha xeyirlidir. Və Allahın mühafizəsi altına daxil olan kəslərin yurdu; Ədn cənnətləri necə gözəldir! Onlar oraya daxil olacaqlar.