Möminun Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz (qullarımızı beləcə) sınağa çəkirik.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, bunda (insanlar üçün) ibrətlər vardır. Həqiqətən, Biz (bəla, müsibət göndərməklə bəndələrimizi) imtahana çəkirik!
Elmir Quliyev :
Воистину, в этом есть знамения. Воистину, Мы подвергаем испытанию.
Ələddin Sultanov:
Şübhəsiz, bunda da ibrətlər vardır. Həqiqətən, Biz (qullarımızı) sınağa çəkirik.
Kerbelayi Malik ağa:
Əlbəttə bunda ayələr vardır. Şübhəsiz ki, Biz imtahan edənlərik.
Ələsgər Musayev:
Həqiqətən, bunda ayətlər var Biz imtahan edirik!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, bunda (bu böyük hadisədə Allahın tovhid, qüdrət əzəmətindən) nişanələr vardır həqiqətən Biz (bəndələrimizi) həmişə sınayırıq.
Kövsər Tağıyev:
Şübhəsiz, bunda ibrətlər var. Biz, həqiqətən, (qullarımızı) imtahana çəkirik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onları bəlaya mübtəla etdik. Həqiqətən, bunda ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, bunda həqiqətən bəzi işarətlər/nişanələr vardır. Biz, həqiqətən Sınayırıq.