Nur Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır!
Elmir Quliyev :
Скажи верующим мужчинам, чтобы они опускали свои взоры и оберегали свои половые органы. Так будет чище для них. Воистину, Аллаху ведомо о том, что они творят.
Ələddin Sultanov:
Mömin kişilərə de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər ayıb yerlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır.
Kerbelayi Malik ağa:
Mömin kişilərə söylə, baxışlarını endirsinlər (harama baxmaqdan çəksinlər), ismətlərini qorusunlar. Bu, onlar üçün daha təmizdir. Şübhəsiz ki, Allah etdikləri şeylərdən xəbərdardır.
Ələsgər Musayev:
De inanan kişilər üçün: kütləşdirsinlər bəsarətlərindən hifz etsinlər üzvlərini. Bu, paklıqdır onlar üçün. Həqiqətən, Allah Xəbirdir ilə ki, edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır.
Kövsər Tağıyev:
Mömin kişilərə de ki, gözlərini haramdan çevirsinlər, ismətlərini qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhə yoxdur ki, Allah onların etdiklərindən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Mömin kişilərə de ki, gözlərini aşağı diksinlər öz tənasül üzvlərini qoruyub saxlasınlar [zinadan çəkinsinlər]. Bu, onlar üçün daha təmiz (bir işdir). Axı Allah onların tutduqları işlərdən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Mömin kişilərə, baxışlarını məhdudlaşdırmalarını ismətlərini qorumalarını söylə. Bu, onlar üçün daha pak [bir davranışdır]. Şübhəsiz ki, Allah onların etdikləri barədə dərin məlumata malikdir.