Əlixan Musayev:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar).
Elmir Quliyev
:
Обрати свой лик к религии, исповедуя единобожие. Таково врожденное качество, с которым Аллах сотворил людей. Творение Аллаха не подлежит изменению. Такова правая вера, но большинство людей не знают этого.
Ələddin Sultanov:
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (“Hənif” tək olan Allaha inanan kimsəyə deyilir. Əsasən Həzrət İbrahim peyğəmbərin tövhid dini mənasında işlədilir.)
Kerbelayi Malik ağa:
Artıq hənif olaraq özünü (vəchini) dinə həsr et. Allahın hənif fitrətiylə ki, Allah insanları onun üzərinə yaratmışdır. Allahın yaratmasında (dinində) dəyişmə olmaz. Qəyyum olan (əzəldən əbədə qədər var olacaq) din budur. Lakin insanların çoxu bilməz.
Ələsgər Musayev:
Yönəlt vəchini hənif dinə
– yaratdığına Allahın, hansı ki, yaradıb insanları onun üzərində.
Yoxdur dəyişiklik xəlq etməyində Allahın. Budur qiymətli din
və lakin əksər insan bilməz!
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.
Kövsər Tağıyev:
Haqqa yönələn bir kimsə olaraq üzünü dinə çevir. Allahın insanları yaratdığı fitrətə sarıl. Allahın yaratmasında heç bir dəyişdirmə olmaz.2 Doğru din budur. Lakin insanların çoxu bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən üzünü sidqlə o dinə - Allahın fitrətinə yönəlt ki, Allah insanları onun üzərində yaratmışdır. Allahın yaratdığını dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bilmir.
Sabirə Dünyamalıyeva:
O halda sən üzünü, köhnə etiqadlarını tərk edən biri olaraq dinə, Allahın insanları ilk dəfə yoxdan yaratdığı fitrətə tərəf tut. Allahın yaratmasında bir dəyişiklik olmaz. Doğru/möhkəm din, budur. Lakin insanların çoxu bilmir.