Səcdə Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Artıq onlardan üz çevir gözlə. Doğrusu, onlar da gözləyirlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Artıq onlardan üz çevir (Allahın onlara əzab verəcəyi günü) gözlə. Doğrusu, onlar da (sənin ölümünü, başına bir gələcəyini ya sənə qələbə çalacaqlarını) gözləyirlər! (Lakin onlar sənə heç bir şey edə bilməzlər. Sən mütləq zəfər çalacaqsan, çünki Allah səninlədir!)
Elmir Quliyev :
Отвернись от них и подожди, ведь они тоже ждут.
Ələddin Sultanov:
Buna görə onlardan üz çevir (onlara əzabın gəlməsini) gözlə! Şübhəsiz, onlar da (sənin ölməyini) gözləyirlər.
Kerbelayi Malik ağa:
Elə isə artıq onlardan üz çevir gözlə! Şübhəsiz ki, onlar da gözləyənlərdir.
Ələsgər Musayev:
Onlardan üz döndər gözlə. Həqiqətən, onlar da gözləyirlər!
A.Mehdiyev və D.Cəfərli:
Belə isə (hələlik) onlardan üz döndər (İlahinin vədini) gözlə ki, onlar da (sənin məğlubiyyətini, ya ölümünü) gözləyirlər.
Kövsər Tağıyev:
İndi sən onlardan üz çevir gözlə. Şübhəsiz, onlar da gözləyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onlardan üz çevir gözlə. Onlar da gözləməkdədirlər.
Sabirə Dünyamalıyeva:
Artıq sən onlardan uzaq dur gözlə. Şübhəsiz ki, onlar da gözləyirlər.