Əlixan Musayev:
Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır.
Bünyadov-Məmmədəliyev:
Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.
Elmir Quliyev
:
Любое бедствие постигает вас лишь за то, что приобрели ваши руки, и Он прощает вам многое.
Ələddin Sultanov:
Başınıza gələn hər hansı bir müsibət öz əllərinizlə qazandıqlarınız (günahlar) səbəbilədir. Allah (günahların) çoxunu əfv edər.
Kerbelayi Malik ağa:
Başınıza gələn müsibətlər əllərinizin qazandığı (etdikləriniz) səbəbiylədir. (Müsibətlərin) çoxunu bağışlayar.
Ələsgər Musayev:
Nə isbat edirsə sizə müsibətdən, əllərinizin kəsb etdiyinə
görədir və əfv edir O əksəriyyətini.
A.Mehdiyev və D.Cəfərli:
Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir.
Kövsər Tağıyev:
Başınıza nə müsibət gəlsə, öz etdikləriniz ucbatındandır. O, yenə də çoxunu bağışlayar.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə üz verən hər hansı bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. O, onların çoxunu isə bağışlar.
Sabirə Dünyamalıyeva:
Və sizə müsibətdən isabət edən şeylər, bax budur, öz əllərinizlə qazandıqlarınıza görədir. O da çoxunu əfv edir.