Duxan Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq
Bünyadov-Məmmədəliyev:
İsrail oğullarını isə o alçaldıcı əzabdan qurtardıq,
Elmir Quliyev :
Мы уже спасли сынов Исраила (Израиля) от унизительных страданий
Ələddin Sultanov:
Biz İsrail oğularını alçaldıcı əzabdan xilas etdik.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz İsrail oğullarını (Fironun) zəlil əzabından qurtardıq.
Ələsgər Musayev:
Əlbəttə, Biz nicat verdik Israil oğullarına alçaldıcı əzabdan
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz İsrail övladlarına o alçaldıcı əzabdan (oğlanlarının başının kəsilməsi, qızlarının isə nökər kimi saxlanılmasından) nicat verdik.
Kövsər Tağıyev:
Göy yer onların ardından ağlamadı, onlara möhlət verilmədi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz İsrail övladlarını rüsvayedici əzabdan qurtardıq -
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz İsrail oğullarını o alçaldıcı əzabdan, Firondan xilas etdik.