Əlixan Musayev:
İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mərhəmətinə nəsib edəcəkdir. Bu, açıq-aşkar müvəffəqiyyətdir.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı əməl edənlərə gəldikdə, Rəbbi onları Öz mərhəmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar qurtuluşdur (uğurdur)! (Bundan yaxşısı ola bilməz!)
Elmir Quliyev
:
Что касается тех, которые уверовали и совершали праведные деяния, то их Господь введет их в Свою милость. Это и есть явное преуспеяние.
Ələddin Sultanov:
İman gətirib yaxşı işlər görənləri isə Rəbbi Öz rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Bu, açıq-aydın uğurdur.
Kerbelayi Malik ağa:
Lakin amənu olanlara və saleh əməllər işləyənlərə (nəfsini islah edənlərə) gəlincə, Rəbləri onları rəhmətinin içinə daxil edər. Bu, fevz-ül mübindir (açıq-aşkar qurtuluşdur).
Ələsgər Musayev:
Amma o kəslər ki, inanırlar və əməli
salehdirlər, daxil edər onları Rəbləri Öz rəhmətində. Budur
aşkar gəlir!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də Rəbbləri iman gətirib yaxşı işlər görən kəsləri Öz mərhəmətinə daxil edəcəkdir. Bu, həmin aşkar uğurdur!
Kövsər Tağıyev:
İman edib saleh işlər görənlərə gəlincə Rəbləri onları rəhmətinə daxil edəcək. Bax bu, açıq-aydın uğurdur.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirib əməlisaleh olanlara gəlincə, Rəbbi onlan Öz mərhəmətinə daxil edər. Bu, açıq-aşkar uğurdur!
Sabirə Dünyamalıyeva:
İman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə gəldikdə, artıq, Rəbbi onları Öz mərhəmətinə qovuşduracaqdır. Bax bu, açıq-aşkar qurtuluşun məhz özüdür.