Əlixan Musayev:
Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
Bünyadov-Məmmədəliyev:
Onlar: “Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi) biləndir!” – dedilər.
Elmir Quliyev
:
Они сказали: "Так сказал твой Господь. Он — Мудрый, Знающий".
Ələddin Sultanov:
Onlar: “Rəbbin belə buyurdu. Şübhəsiz ki, O, hikmət sahibidir, hər şeyi biləndir!” - dedilər.
Kerbelayi Malik ağa:
‘Sənin Rəbbinin buyurduğu şey budur.’ dedilər. Şübhəsiz ki, O, Hakimdir (hökm və hikmət sahibidir), Alimdir.
Ələsgər Musayev:
Dedilər: «Belə dedi Rəbbin sənin. Həqiqətən, O Həkimdir, Alimdir!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Rəbbin belə buyurub. Şübhəsiz, O, hikmət sahibi və (hər şeyi) biləndir.»
Kövsər Tağıyev:
Onlar dedilər ki: “Rəbbin belə buyurdu. Şübhəsiz, O, hökm və hikmət sahibidir, haqqı ilə biləndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [mələklər] dedilər: "Sənin Rəbbin belə deyir, axı O, hökm və hikmət sahibidir, hər şeyi biləndir."
Sabirə Dünyamalıyeva:
Qonaqlar: "Rəbbin belə buyurdu. Şübhəsiz ki, Rəbbin, haqsızlıq və qarışıqlığa yol verməmək üçün qoyulmuş qanun, düstur və qaydaları qoyandır. Ən yaxşı biləndir" dedilər.