Tur Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!”– deyirlər.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” deyirlər.
Elmir Quliyev :
Или же они говорят: "Он поэт! Давайте же подождем, пока с ним что-нибудь не случится".
Ələddin Sultanov:
Yoxsa onlar: “O şairdir. Biz onun zəmanənin fəlakətlərinə düçar olmasını (ölməsini) gözləyirik”, - deyirlər?!
Kerbelayi Malik ağa:
Yoxsa: ‘O bir şairdir, zamanın müsibətinin ona qəflətən gəlməsini gözləyirik.’ deyirlər?
Ələsgər Musayev:
Yoxsa onlar deyirlər: «Şairdir! Gözləyirik biz onunla taleyinin dəyişikliyini».
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onlar (sənin haqqında) «o, şairdir; onun üçün zamanın hadisələrini ölümün gəlməsini gözləyirik» deyirlər.
Kövsər Tağıyev:
Yoxsa onlar: “O, zəmanənin müsibətlərinə düçar olacağını gözlədiyimiz bir şairdir”, deyirlər?
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onlar "O, şairdir, onun zamanın fəlakətinə uğramasını gözləyirikmi?" - deyirlər.
Sabirə Dünyamalıyeva:
Yaxud onlar: "Bir şairdir, zamanın fəlakətlərinə uğramasını gözləyirik" deyirlər?