Ənfal Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman kafirlər səni həbs etmək, öldürmək ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!
Elmir Quliyev :
Вот неверующие ухищрялись, чтобы заточить, убить или изгнать тебя. Они хитрили, и Аллах хитрил, а ведь Аллах Наилучший из хитрецов.
Ələddin Sultanov:
(Xatırla ki,) bir zamanlar səni bağlayıb həbs etmək ya öldürmək, yaxud da səni (yurdundan) qovmaq üçün kafirlər sənə qarşı tələ qururdular. Onlar (sənə) tələ qurarkən Allah da (onlara) tələ qururdu. Allah tələ quranların ən güclüsüdür.
Kerbelayi Malik ağa:
O inkar edənlər səni həbs etmək ya da öldürmək ya sürgün etmək üçün hiylə qururdular. Onlar bu hiyləni qurarkən, Allah da hiylə qururdu. Allah hiylə quranların (qarşılıq verənlərin) ən xeyirlisidir.
Ələsgər Musayev:
Onda ki, o kəslər ki, kafir idilər, sənə məkr etdilər, ondan ötrü ki, səni həbs etsinlər ya qətlə yetirsinlər ya xaric etsinlər. Onlar məkr edirlər, Allah məkrə qarşıdır. Allah xeyirlidir məkrlilərdən!
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o zaman(ı) ki, kafirlər sənin barəndə - səni həbs etmək, ya öldürmək ya (şəhərdən) çıxarmaq üçün hiylə biclik işlədirdilər. Onlar daim hiylə işlədirdilər Allah da onların hiylələrinin qarşısını alırdı. Allah hiylənin qarşısını alanların ən yaxşısıdır.
Kövsər Tağıyev:
Bir vaxt kafirlər səni ələ keçirmək ya öldürmək ya da (Məkkədən) çıxarmaq üçün yollar axtarırdılar. Onlar tədbir görürdülər. Allah da tədbir görürdü. Allah tədbir görənlərin ən xeyirlisidir.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman kafirlər səni tutub saxlamaq, yaxud öldürmək ya (Məkkədən) çıxarmaq üçün sənə qarşı hiylə işlətdilər. Onlar hiylə işlədir, Allah da tədbirə əl atırdı. Allah tədbir tökənlərin ən yaxşısıdır!
Sabirə Dünyamalıyeva:
bir zaman kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə rədd edənlər] səni tutub bağlamaq yaxud öldürmək yaxud qovub çıxarmaq üçün sənə qarşı hiylə qururdular. onlar tələ qurarkən Allah da cəzalandırırdı. Allah, cəzalandıranların ən xeyirlisidir.