Tövbə Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yəhudilər: “Üzeyr Allahın oğludur”– dedilər. Xaçpərəstlər də: “Məsih Allahın oğludur”– dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. (Bu,) daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə (haq-dan) döndərilirlər!
Bünyadov-Məmmədəliyev:
Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır” - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lənət eləsin!) Necə (yalana uyub haqdan) döndərilirlər!
Elmir Quliyev :
Иудеи сказали: "Узейр (Ездра) сын Аллаха". Христиане сказали: "Мессия сын Аллаха". Они произносят своими устами слова, похожие на слова прежних неверующих. Да погубит их Аллах! До чего же они отвращены от истины!
Ələddin Sultanov:
Yəhudilər: “Üzeyr Allahın oğludur”, - dedilər. Xristianlar da: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağızları ilə söylədiyi bu sözlər daha əvvəl kafir olmuş kimsələrin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə (haqq yoldan) döndərilirlər.
Kerbelayi Malik ağa:
Yəhudilər: ‘Üzeyir Allahın oğuludur.’ dedilər nasranilər: ‘Məsih Allahın oğuludur.’ dedilər. Onların ağızlarıyla söylədiyi bu sözlər, daha əvvəl inkar edən kəslərin sözlərinə bənzəyir. Allah onları öldürsün. Necə döndərilirlər.
Ələsgər Musayev:
Hidayət olunanlar dedilər: «Üzeyir Allahın oğludur» yardım olunanlar dedilər: «Məsih Allahın oğludur». Bu sözlər onların ağız sözləridir o kəslərin sözlərinə oxşayır ki, bundan qabaq kafir oldular. Allah onları məhv etsin! Necə onlar dönürlər!
A.Mehdiyev və D.Cəfərli:
Yəhudilər dedilər: «(Yəhudi millətinə zillətdən sonra həyat bəxş etmiş Tövratı yaymış) Üzeyir Allahın oğludur». xaçpərəstlər dedilər: «Məsih Allahın oğludur». Bu onların dilləri ilə dedikləri (həqiqəti dəlili olmayan) bir sözdür. Onlardan qabaq kafir olmuş kəslərin (Allah üçün ata, oğul, ana arvad fərz edən qədim bütpərəstlərin) sözlərinə oxşayır. Allah öldürsün onları! Necə hara döndərilirlər?
Kövsər Tağıyev:
Yəhudilər: “Üzeyr Allahın oğludur”, dedilər. Xristianlar isə: “İsa Məsih Allahın oğludur”, dedilər. Bu, onların ağızları ilə söylədikləri (həqiqəti əks etdirməyən) sözləridir. Onların bu sözləri daha əvvəl inkar edənlərin sözlərinə bənzəyir. Allah onları öldürsün. Necə haqdan döndərilirlər!
M.Qənioğlu və T.Bilaloğlu:
Yəhudilər dedilər "Üzeyr Allahın oğludur.” Xaçpərəstlər isə: "Məsih Allahın oğludur" - dedilər. Bu onların ağızlarında dolaşan sözlərdir. (Bu sözlər) daha əvvəl küfr etmişlərin sözlərinə bənzəyir. Qoy Allah onları məhv etsin! Gör onlar necə (haqdan) döndəriliblər!
Sabirə Dünyamalıyeva:
yəhudilər: "Üzeyr Allahın oğludur" dedilər. Xristianlar da: "Məsih Allahın oğludur" dedilər. Bu, onların ağızlarında gəvölədikləri sözlər olub, guya bununla, daha əvvəl yaşayan kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] sözlərini təqlid edirlər. Allah, onlarla döyüşmüşdür. Necə döndərilirlər!