Nəhl Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar (ağacları) altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır.
Bünyadov-Məmmədəliyev:
Onlar (ağacları) altında çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır!
Elmir Quliyev :
Они войдут в сады Эдема, в которых текут реки. Они получат там все, чего пожелают. Так Аллах воздает богобоязненным,
Ələddin Sultanov:
(O yurd) daxil olacaqları Ədn cənnətləridir. (Ağacları) altından çaylar axır. Orada onların istədikləri hər şey vardır. Allah təqva sahiblərini belə mükafatlandırır.
Kerbelayi Malik ağa:
Onlar (müttəqilər) altından çaylar axan Adn cənnətlərinə girərlər. Orada onların dilədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırar.
Ələsgər Musayev:
Ədn cənnətləri. Daxil olacaqlar ora ki, cari olur altından onun nəhrlər. Onlar üçün orada ki, istəyirlər.Belə cəza verir Allah müttəqilərə
A.Mehdiyev və D.Cəfərli:
Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır. Allah təqvalıları belə mükafatlandırır.
Kövsər Tağıyev:
İçindən çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Onlar üçün orada istədikləri hər şey var. Allah özünə qarşı gəlməkdən çəkinənləri belə mükafatlandırır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dibindən çaylar axan Ədn [cənnət] bağlarına daxil olacaqlar. Orada onlar üçün istədikləri şeylər vardır. Allah müttəqiləri bax belə mükafatlandırır!
Sabirə Dünyamalıyeva:
Onun altından çaylar axar. Orada onlar üçün istədikləri şeylər vardır. Allah, Özünün mühafizəsi altına daxil olan kəslərə bax belə əvəz verər. Allahın müdafiəsi altına daxil olan kəslər o kəslərdir ki,