Əlixan Musayev:
Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.
Bünyadov-Məmmədəliyev:
O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.
Elmir Quliyev
:
Он сделал меня благословенным, где бы я ни был, и заповедал мне совершать намаз и раздавать закят, пока я буду жив.
Ələddin Sultanov:
Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi.
Kerbelayi Malik ağa:
Məni olduğum hər yerdə mübarək etdi. Həyatda qaldığım müddətcə namazı və zəkatı mənə vəsiyyət etdi (əmr etdi).
Ələsgər Musayev:
Mübarək etdi məni harada olsam və mənə vəsiyyət etdi islahatı
və paklanmağı nə qədər ki, diriyəm
A.Mehdiyev və D.Cəfərli:
Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb.
Kövsər Tağıyev:
“Harada oluramsa olum, O, məni mübarək biri etdi və mənə həyatım boyunca namazı və zəkatı əmr etdi”.
M.Qənioğlu və T.Bilaloğlu:
Harada olsam, məni mübarək [insanlar üçün xeyirli] edib. Nə qədər sağam, mənə namaz qılmağı, zəkat verməyi
Sabirə Dünyamalıyeva:
Məni, harada oluramsa olum mübarək etdi. Həyatda olduğum müddətdə mənə səlatı [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirməyi] və zəkatı/vergini öhdəlik olaraq mənim üzərimə qoydu.