Əlixan Musayev:
Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar (istədikləri yerə) gedə bilsinlər deyə, orada geniş yollar saldıq.
Bünyadov-Məmmədəliyev:
Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik.
Elmir Quliyev
:
Мы воздвигли на земле незыблемые горы, чтобы она не колебалась вместе с ними. Мы проложили на ней широкие дороги, чтобы они следовали верным путем.
Ələddin Sultanov:
Onları silkələməsin deyə yer üzündə möhkəm dağlar yaratdıq və orada geniş yollar açdıq ki, (istədikləri yerə) rahat gedə bilsinlər.
Kerbelayi Malik ağa:
Yer üzündə onları sarsıdar deyə dağlar yaratdıq. Orada geniş yollar meydana gətirdik. Ümid edilir ki, onlar hidayətə ərərlər.
Ələsgər Musayev:
Etdik ərzdə möhkəm dayaqlar ki,
titrəməsin onlarla. Etdik orada cadələrdə yollar, ola ki, hidayət
olunalar.
A.Mehdiyev və D.Cəfərli:
Yerin onları silkələməməsi üçün yer üzündə möhkəm və sabit dağlar qoyduq və onda (yerdə və ya dağların arasında) geniş yollar yaratdıq ki, bəlkə (öz məqsədlərinə) yol tapdılar.
Kövsər Tağıyev:
Onları silkələməsin deyə yerə də sabit dağlar yerləşdirdik və (gedəcəkləri yerə) yol tapa bilsinlər deyə orada keçidlər, yollar meydana gətirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzərində möhkəm dağlar düzəltdik ki, yer insanlarla birlikdə titrəməsin. Dağlarda cığırlar-yollar düzəltdik ki, bəlkə onlar (istədikləri yerə) gedə bilsinlər
Sabirə Dünyamalıyeva:
Və Biz, yerin içində, sizə süfrə olsun deyə möhkəm dirəklər etdik. Və orada, yönləndirildikləri yollarını tapsınlar deyə çoxlu yollar yaratdıq.