Nur Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.
Bünyadov-Məmmədəliyev:
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)
Elmir Quliyev :
Скажи верующим женщинам, чтобы они опускали свои взоры и оберегали свои половые органы. Пусть они не выставляют напоказ своих прикрас, за исключением тех, которые видны, и пусть прикрывают своими покрывалами вырез на груди и не показывают своей красы никому, кроме своих мужей, или своих отцов, или своих свекров, или своих сыновей, или сыновей своих мужей, или своих братьев, или сыновей своих братьев, или сыновей своих сестер, или своих женщин, или невольников, которыми овладели их десницы, или слуг из числа мужчин, лишенных вожделения, или детей, которые не постигли наготы женщин; и пусть они не стучат своими ногами, давая знать об украшениях, которые они скрывают. О верующие! Обращайтесь к Аллаху с покаянием все вместе, быть может, вы преуспеете.
Ələddin Sultanov:
Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları (mömin qadınlar), sahib olduqları cariyələr, kişiliyi qalmamış xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız! (Bir görüşə görə ayədəki “zinət”dən məqsəd sırğa, bilərzik, üzük boyunbağı kimi zinət əşyaları ilə sürmə xına kimi şeylərdir. Digər bir görüşə görə isə, “zinət” kəlməsi ilə qadının vücudu nəzərdə tutulmuşdur. Görünməsinə icazə verilən yerləri isə qadının üzü, biləkdən aşağı əlləri topuqdan aşağı ayaqlarıdır.)
Kerbelayi Malik ağa:
Mömin qadınlara söylə, baxışlarını endirsinlər (harama baxmaqdan çəksinlər) ismətlərini qorusunlar. Zahir olan qisimlər (görünən əl, üz ayaqlar) xaric, zinətlərini açmasınlar. Baş örtüklərini yaxalarının üzərinə örtsünlər. Zinətlərini ərləri ya ataları ya qayınataları ya oğulları ya ərlərinin oğulları ya qardaşları ya qardaşlarının oğulları ya bacılarının oğulları ya qadınlar ya əllərinin altında sahib olduqları (cariyələr) ya kişilərdən qadına ehtiyac duymayan xidmətçilər ya qadının övrət yerlərini anlamayan uşaqlar istisna olmaqla, açmasınlar. Gizlətdikləri zinətləri bilinsin deyə ayaqlarını yerə vurmasınlar. Ey möminlər, hamınız Allaha tövbə edin! Ümid edilər ki, beləcə fəlaha çatasınız.
Ələsgər Musayev:
De inanan qadınlar üçün: kütləşdirsinlər bəsarətlərindən hifz etsinlər üzvlərini. Aşkar etməsinlər zinətlərini, ancaq zahirdir ondan. Zərbələsinlər çadraları ilə üzərinə cüssələrinin aşkar etməsinlər zinətlərini ancaq ərləri üçün, ya ataları, ya ərlərinin ataları, ya oğlanları, ya ərlərinin oğlanları, ya qardaşları, ya qardaşlarının oğlanları, ya bacılarının oğlanları, ya qadınları, ya əllərində olan cariyələri, ya rəğbətsiz kişilərdən tabeləri, ya tifillər o kəslər ki, yoxdur zühurları qadınların övrətləri üzərinə. zərbələməsinlər ayaqları ilə bildirmək üçün məxfilərini zinətlərindən. Qayıdın tərəfinə Allahın cəmiyyən, ay inananlar, ola ki, nicat tapasınız!
A.Mehdiyev və D.Cəfərli:
Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar öz ayıb yerlərini (üz əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət bəzəklərini onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlə , hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız.
Kövsər Tağıyev:
Mömin qadınlara da de ki, gözlərini haramdan çevirsinlər, ismətlərini qorusunlar. (Üz əl kimi) görünən qismlər istisna olmaqla zinət (yer)lərini göstərməsinlər. Baş örtülərini yaxalarının üzərinə qədər salsınlar. Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud oğullarından, yaxud ögey oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud müsəlman qadınlardan, yaxud sahib olduqları kölələrdən, yaxud kişiliyini itirmiş xidmətçilərdən, yaxud da hələ qadınların məhrəm yerlərini anlamayan oğlan uşaqlarından başqalarına göstərməsinlər. Gizlədikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar. Ey möminlər, hamınız birlikdə tövbə edin ki, nicat tapasınız!
M.Qənioğlu və T.Bilaloğlu:
Mömin qadınlara da de ki, gözlərini aşağı diksinlər, öz tənasül üzvlərini qoruyub saxlasınlar. Görünənlər [əl, göz] istisna olmaqla başqa zinətlərini [gözəlliklərini] göstərməsinlər. Örtüklərini yaxalarının üstünə salsınlar. Öz ərlərindən, atalarından ərlərinin atalarından, öz oğullarından, ərlərinin oğullanndan, öz qardaşlarından, qardaşlarının oğullanndan, öz bacılarının oğullarından, öz qadınlarından, öz cariyələrindən, istəyi olmayan kişi xidmətçilərdən ya qadınların cinsi üzvündən xəbəri olmayan uşaqlardan başqa heç kəsə öz zinətlərini göstərməsinlər. Gizlətdikləri zinətləri bilinsin deyə ayaqlannı yerə bərk vurmasınlar. Ey möminlər. Hamınız Allaha tövbə edin ki, bəlkə uğur qazanasınız.
Sabirə Dünyamalıyeva:
Mömin qadınlara da, baxışlarını məhdudlaşdırmalarını ismətlərini qorumalarını söylə. Zinətlərini -açıqda olanlar istisna olmaqla- üzə çıxarmasınlar [göstərməsinlər]. Örtüklərini [libaslarının] yaxasındakı kəsiklərin üstünə salsınlar. bəzəklərini, ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar, andlarının sahib olduqları,[#392] qadına ehtiyacı qalmamış kişilər arasından [seçilən] xidmətçilər qadınların müdafiəsiz yerlərini [arxalarını cinsiyyət üzvlərini] başa düşəcək yaşa hələ gəlməmiş uşaqlar xaricində qalanlar üçün üzə çıxarmasınlar [göstərməsinlər]. Gizlətdikləri zinətlərini bildirmək üçün ayaqlarını [yerə] vurmasınlar. ey möminlər! Müvəffəqiyyətə çatmaq üçün hamılıqla səhvinizdən Allaha [tərəf] qayıdın!