Əlixan Musayev:
Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Bu Məkkə müşriklərini sənə düşmən etdiyimiz kimi) eləcə də (səndən əvvəl) hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!
Elmir Quliyev
:
Так для каждого пророка Мы создали врагов из числа грешников, но довольно того, что твой Господь наставляет на прямой путь и помогает.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Beləcə, Biz hər bir peyğəmbər üçün günahkarlardan düşmənlər peyda etdik. Haqq yolu göstərən və yardımçı kimi Rəbbin yetər!
Kerbelayi Malik ağa:
Beləcə nəbilərin hamısına günahkarlardan düşmən etdik. Sənin Rəbbin hidayət edən və köməkçi olaraq kifayət edər.
Ələsgər Musayev:
Beləliklə etdik külli nəbilər üçün cərimə olunmuşlardan düşmənlər. Kafidir Rəbbinin hidayəti və yardımı!
A.Mehdiyev və D.Cəfərli:
Biz beləcə (insanda nəfsi istək yaratmaq, şeytanı insana vəsvəsə etməkdə azad buraxmaqla) hər bir peyğəmbər üçün günahkarlardan düşmənlər qoyduq. Sənə Rəbbinin doğru yol göstərən və yardımçı olması kifayətdir.
Kövsər Tağıyev:
Beləliklə, biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən yaratdıq. Yol göstərən və yardımçı olaraq Rəbbin yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bax beləcə hər bir peyğəmbər üçün günahkarlardan bir düşmən düzəltdik. Sənin Rəbbin yol göstərən və köməkçi kimi kifayətdir.
Sabirə Dünyamalıyeva:
Və bax beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən hazırlamışdıq. Və yol göstərən və yardımçı kimi Rəbbin bəs edər.