Ənkəbut Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elçilərimiz İbrahimə müjdə gətirdikləri zaman dedilər: “Biz bu şəhərin sakinlərini məhv edəcəyik. Həqiqətən, oranın sakinləri zalımlardır”.
Bünyadov-Məmmədəliyev:
Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yəqubun doğulacağı barədə) müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdırlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər görməklə özləri-özlərinə zülm edirlər)”, dedilər.
Elmir Quliyev :
Когда Наши посланцы прибыли к Ибрахиму (Аврааму) с радостной вестью, они сказали: "Мы собираемся погубить жителей этого селения. Воистину, его жители являются беззаконниками".
Ələddin Sultanov:
Elçilərimiz İbrahimə (iki oğlu olacağına dair) müjdə gətirdikləri zaman: “Şübhəsiz, biz bu məmləkətin xalqını məhv edəcəyik. Çünki oranın xalqı zalımdır”, - dedilər.
Kerbelayi Malik ağa:
Bizim rəsullarımız İbrahimə müjdə ilə gəldikləri zaman dedilər ki: ‘Şübhəsiz ki, biz bu ölkənin xalqını həlak edəcəyik. Çünki bu diyarın xalqı zalım oldu.’
Ələsgər Musayev:
Amma elə ki, gəldilər Bizim rəsullarımız bəşarətlə Ibrahimin yanına, dedilər: «Həqiqətən, Biz həlak edəcəyik bu kənd əhlini. Həqiqətən, onun əhli zalim oldu!»
A.Mehdiyev və D.Cəfərli:
Göndərdiklərimiz (mələklər) İbrahimə müjdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: «Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini həlak edənik, çünki oranın əhalisi zalımdır».
Kövsər Tağıyev:
Elçilərimiz (mələklər) İbrahimə müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini həlak edəcəyik. Çünki oranın əhalisi zalımlardır”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Elçilərimiz [mələklər] İbrahimə müjdə gətirib: "Biz bu məmləkəti məhv edəcəyik, çünki sakinləri haqsızdırlar." -deyəndə
Sabirə Dünyamalıyeva:
elçilərimiz İbrahimə müjdə verdikləri zaman: "Biz bu şəhərin əhalisini məhvə məruz qoyacağıq" dedilər. -Şübhəsiz ki, oranın əhalisi şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər idi.-