Nisa Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik.
Bünyadov-Məmmədəliyev:
Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər sizi (şərəfli bir mənzilə) çatdırarıq.
Elmir Quliyev :
Если вы будете избегать больших грехов из того, что вам запрещено, то Мы простим ваши злодеяния и введем вас в почтенный вход.
Ələddin Sultanov:
Əgər sizə qadağan edilmiş böyük günahlardan çəkinərsinizsə, sizin kiçik günahlarınızın üstünü örtər sizi şərəfli bir yerə (cənnətə) daxil edərik.
Kerbelayi Malik ağa:
Əgər qadağan olunduğunuz böyük günahlardan qaçsanız, sizin (kiçik) günahlarınızı örtərik sizi (şərəfli bir məqama) ikram olunacağınız bir yerə qoyarıq.
Ələsgər Musayev:
Əgər böyük günahlardan çəkinəsiniz- onlardan ki, qadağan olunubsunuz - Biz sizin pisliklərinizin üstünü örtər sizi daxil edərik kəramətli daxil etməklə.
A.Mehdiyev və D.Cəfərli:
Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük kiçik adlandırmaları onların fərdi ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür.)
Kövsər Tağıyev:
Əgər sizə qadağan olunan (günah)ların böyüklərindən çəkinsəniz, sizin kiçik günahlarınızı örtərik sizi gözəl bir yerə qoyarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə qadağan olunmuş böyük günahlardan uzaqlaşsanız, Biz sizə pis əməllərinizi bağışlar sizi şərəfli bir məqama çatdırarıq.
Sabirə Dünyamalıyeva:
Əgər siz qadağan olunmuş şeylərin böyüklərindən [böyük günahlardan] çəkinsəniz, qəbahətlərinizi örtərik. sizi şərəfli bir yerə daxil edərik.