Əhqaf Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey qövmümüz! Allahın təbliğatçısını qəbul edin ona iman gətirin ki, (Allah) günahlarınızı bağışlasın sizi ağrılı-acılı əzabdan qurtarsın!”
Bünyadov-Məmmədəliyev:
Ey qövmümüz! Allahın carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin ona iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər sizi şiddətli əzabdan xilas edər!
Elmir Quliyev :
О народ наш! Ответьте проповеднику Аллаха и уверуйте в него, и тогда Он простит вам некоторые из ваших грехов и спасет вас от мучительных страданий".
Ələddin Sultanov:
Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin ona iman gətirin ki, O sizin günahlarınızı bağışlasın sizi şiddətli əzabdan qorusun.
Kerbelayi Malik ağa:
Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin. Ona iman edin ki, sizin günahlarınızı bağışlasın məğfirət etsin. Sizi ağrılı-acılı əzabdan qorusun.
Ələsgər Musayev:
Ay qoumumuz! Cavab verin Allaha tərəf çağırana inanın Onun ilə. O bağışlasın sizə günahlarınızdan müdafiə etsin sizi ələmli əzabdan.
A.Mehdiyev və D.Cəfərli:
«Ey bizim qövmümüz! Allahın dəvətçisini (İslam Peyğəmbərini) qəbul edin ona iman gətirin ki, Allah bəzi günahlarınızı (İslamdan qabaq Allahın qanunlarına qarşı çıxmağınızı) bağışlasın (axirətdə) sizə ağrılı əzabdan sığınacaq versin.»
Kövsər Tağıyev:
“Ey qövmümüz! Allahın dəvətçisinə uyun, ona iman edin ki, günahlarınızı bağışlasın sizi ağrılı-acılı bir əzabdan qurtarsın”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey camaatımız! Allahın carçısının [peyğəmbərin] dəvətinə cavab verin ona inanın ki, Allah da günahlarınızı bağışlasın sizi üzücü əzabdan qurtarsın.
Sabirə Dünyamalıyeva:
Ey qövmümüz! Allahın dəvətçisinə cavab verin [onu qəbul edin] ona iman gətirin ki, Allah günahlarınızı bağışlasın sizi ağrılı-acılı bir əzabdan qurtarsın.