Məhəmməd Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz aranızdakı mücahidləri səbr edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq barənizdəki xəbərləri yoxlayacağıq.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə məlum etmək) üçün sizi imtahana çəkəcək sizə dair xəbərləri (əməllərinizi) yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə əzəldən bildikləri kimin həqiqi, kimin yalançı mömin olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!)
Elmir Quliyev :
Мы непременно подвергнем вас испытанию до тех пор, пока не узнаем тех из вас, кто сражается и проявляет терпение, и пока не проверим ваши вести.
Ələddin Sultanov:
Həqiqətən, içinizdən cihad edənləri səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq haqqınızdakı xəbərləri yoxlayacağıq.
Kerbelayi Malik ağa:
Sizin aranızdan mücahidlər səbir edənlər Bizə bəlli olana qədər sizi mütləq imtahan edərik. Xəbərlərinizi imtahan edərik.
Ələsgər Musayev:
Biz sizi imtahan edirik, ta bildirək sizdən cihad edənləri səbr edənləri imtahan edirik xəbərlərinizlə.
A.Mehdiyev və D.Cəfərli:
Sizi mütləq (boynunuza dini vəzifələr qoymaqla) sınayacağıq ki, mücahidlərinizi səbrlilərinizi bilək (Bizim əzəli elmimiz xarici gerçəkliklə üst-üstə düşsün) sizin xəbərlərinizi (əməlləriniz barəsindəki məlumatları) araşdıraq.
Kövsər Tağıyev:
And olsun, sizdən cihad edənləri səbir edənləri müəyyən edənə hallarınızı aşkarlayana qədər sizi sınayacağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən cihad edənləri (əziyyətlərə) dözənləri tanımaq haqqınızdakı xəbərləri [itaətkar ya asi olmanızı] yoxlamaq üçün Biz sizi sınağa çəkəcəyik.
Sabirə Dünyamalıyeva:
həqiqətən Biz, içinizdən səy göstərənləri səbr edənləri bildirmək/nişanlayıb göstərmək üçün sizi əziyyətə salacaq/sınağa çəkəcəyik. Xəbərlərinizi yoxlayacaq/sınağa çəkəcəyik.