Əlixan Musayev:
Allah, yeri eşələyən bir qarğa göndərdi ki, (ölmüş digər bir qarğanı basdırmaqla) ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: “Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?” Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu.
Bünyadov-Məmmədəliyev:
Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.
Elmir Quliyev
:
Аллах послал ворона, который стал разгребать землю, чтобы показать ему, как спрятать труп его брата. Он сказал: "Горе мне! Неужели я не могу поступить, как этот ворон, и спрятать труп моего брата?" Так он оказался одним из сожалеющих.
Ələddin Sultanov:
Allah ona, qardaşının cəsədini necə basdıracağını göstərməsi üçün yeri eşən bir qarğa göndərdi. (Qarğanı gördüyü zaman) o dedi: “Vay halıma! Bu qarğa qədər də ola bilmədimmi ki, qardaşımın cəsədini basdırım?!” Beləcə, o, peşman olanlardan oldu.
Kerbelayi Malik ağa:
Sonra Allah ona qardaşının cəsədini necə basdıracağını göstərmək üçün yeri eşələyən bir qarğa göndərdi. ‘Yazıqlar olsun mənə, bu qarğa kimi olub beləcə qardaşımın cəsədini basdırmaqda acizmi oldum?’ dedi. Sonra da peşman olanlardan oldu.
Ələsgər Musayev:
Qaldırdı Allah qarğanı, eşərək
ərzdə göstərmək üçün ona, necə gizlətsin murdarlığını
qardaşının. Dedi: «Ay vay olsun mənə! Ə, acizlərdənəm ki,
olum misli bu qarğanın və görünməsinə mürdarlığının
qardaşımın?». Oldu sabahı peşman olanlardan.
A.Mehdiyev və D.Cəfərli:
Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: «Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən də aciz olmuşam?!» Beləliklə o, peşman olanlardan oldu.
Kövsər Tağıyev:
Nəhayət, Allah ona qardaşının ölmüş cəsədini necə örtüb gizlədəcəyini göstərmək üçün yeri eşələyən bir qarğa göndərdi. “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini örtməkdən acizəmmi mən?” – dedi. Artıq peşmanlıq çəkənlərdən olmuşdu.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah ona qardaşının cəsədini necə basdıracağını göstərmək üçün yeri eşələyən bir qarğa göndərdi. O “Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmağa bu qarğa kimi olmaqdan da acizəm?” – deyərək peşmançılıq çəkənlərdən oldu.
Sabirə Dünyamalıyeva:
Sonra Allah, dərhal ona qardaşının cəsədini necə basdırmalı olduğunu göstərmək üçün torpağı eşən bir qarğa göndərdi. O, "Vay mənim halıma, mən, bu qarğa kimi olmaqla aciz oldummu ki, qardaşımın cəsədini basdırıram." dedi. Sonra da peşman olanlardan oldu.