Əlixan Musayev:
Göylərdə və yerdə nə varsa, Allahındır. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür.
Bünyadov-Məmmədəliyev:
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!
Elmir Quliyev
:
Аллаху принадлежит то, что на небесах, и то, что на земле, дабы Он воздал злодеям за то, что они совершили, и воздал творившим добро Наилучшим (Раем).
Ələddin Sultanov:
Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Bu, pis əməl sahiblərini etdikləri əməllərə görə cəzalandırması, yaxşı əməl sahiblərini də ən gözəl şəkildə mükafatlandırması üçündür.
Kerbelayi Malik ağa:
Göylərdə və yerdə olan şeylər Allah üçündür. Pislik edənləri etdikləri səbəbiylə cəzalandırsın və əhsən davrananları daha gözəli ilə mükafatlandırsın deyə.
Ələsgər Musayev:
Allah üçündür nə ki, səmalardadır və nə ki, ərzdədir. O
mükafat verər o kəslərə ki, pislik etdilər, nə ilə ki, əməl ediblər.
Və mükafat verər o kəslərə ki, yaxşılıq etdilər, yaxşılıqla.
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allaha məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun qüdrət əlindədir. O hamını yaradıb) ki, pislik etmiş kəsləri etdiklərinin müqabilində (və ya həmin əməllərin gerçək axirət təzahürü ilə) cəzalandırsın və yaxşı işlər görmüş kəslərə daha yaxşı mükafat ilə əvəz versin.
Kövsər Tağıyev:
Göylərdəki hər şey, yerdəki hər şey Allahındır. (Bu,) pislik edənləri etdikləri ilə cəzalandırması, yaxşılıq edənləri də daha gözəli ilə mükafatlandırması üçündür.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə və yerdə olanların hamısı Allahındır. O, pis əməl sahiblərinə əməllərinə görə cəza verəcək, xeyir iş görənləri isə əməllərindən də yaxşısı ilə mükafatlandıracaqdır.
Sabirə Dünyamalıyeva:
Göylərdə nə varsa, yerdə nə varsa; əməlləriylə pislik göstərənləri cəzalandırmaq, yaxşılaşdıran-gözəlləşdirən kəsləri, bəzi kiçik xətalar xaricində böyük günahlardan və iyrənc əməllərdən çəkinib qaçan kəsləri də ən gözəl mükafatla mükafatlandırmaq üçün Allaha məxsusdur.