Əraf Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.
Bünyadov-Məmmədəliyev:
Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!
Elmir Quliyev :
О сыны Адама! Облекайтесь в свои украшения при каждой мечети. Ешьте и пейте, но не излишествуйте, ибо Он не любит тех, кто излишествует.
Ələddin Sultanov:
Ey Adəm oğulları, hər dəfə məscidə (namaza) gedərkən gözəl paltarlarınızı geyinin! Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz. (İslam dini təmizlik gözəllik dinidir. İslama görə, insanların övrət yerlərini örtəcək qədər paltar geyinmələri vacibdir. Bununla yanaşı, ibadət əsnasında ən gözəl ən təmiz paltarı geyinmək sünnədəndir.)
Kerbelayi Malik ağa:
Ey Adəm oğulları! Bütün məscidlərdə gözəl libaslarınızı geyin. Yeyin için israf etməyin. Şübhəsiz ki, O, müsrifləri (israf edənləri) sevməz.
Ələsgər Musayev:
Ay Adam oğulları! Götürün zinətlərinizi külli səcdə edilənin yanında yeyin için israf etməyin. Həqiqətən, O israf edənləri sevməz!
A.Mehdiyev və D.Cəfərli:
Ey Adəm övladları, hər namaz vaxtı hər bir məsciddə (əməl məkana uyğun olaraq) bəzək zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir.
Kövsər Tağıyev:
Ey Adəm oğulları! Hər məsciddə zinətinizi taxın (gözəl təmiz geyinin). Yeyin, için, lakin israf etməyin. Çünki O, israf edənləri sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey Adəm övladları! Hər məsciddə yaxşı libasla olun, yeyin-için, lakin israf etməyin! Həqiqətən, Allah israfçıları sevmir.
Sabirə Dünyamalıyeva:
Ey Adən oğulları! Hər məscidin yanında; camaat arasında zinətlərinizi alın, yeyin-için, lakin israf etməyin; Allah şübhəsiz israfçıları sevməz.