Əlixan Musayev:
O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də (haqdan) döndərilirsiniz!
Bünyadov-Məmmədəliyev:
O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?”
Elmir Quliyev
:
Таков Аллах, ваш Истинный Господь! Что может быть за истиной, кроме заблуждения? До чего же вы отвращены от истины!
Ələddin Sultanov:
O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqq ortadan qalxdıqdan sonra zəlalətdən başqa nə qalar?! Bəs necə olur ki, (haqdan) döndərilirsiniz?”
Kerbelayi Malik ağa:
Elə isə O, Allahdır. Sizin Rəbbiniz Haqdır. O halda Haqqdan sonrası dəlalətdən başqa nədir? Artıq necə çevrilirsiniz (Haqqdan dəlalətə çevirilirsiniz)?
Ələsgər Musayev:
Bu sizin Allahınız -
haqq Rəbbinizdir və haqdan sonra, ancaq zəlalətdir. Bəs hara
gedirsiniz?
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, sizin həqiqi Rəbbiniz həmin Allahdır. Və həqiqətdən sonra zəlalətdən başqa nə vardır? Belə isə, necə və haraya döndərilirsiniz?!
Kövsər Tağıyev:
O, sizin əsl Rəbbiniz olan Allahdır. Haqdan sonra yalnız zəlalət var. Bu halda necə olur ki, (Haqdan) döndərilirsiniz?
M.Qənioğlu və T.Bilaloğlu:
Bax budur sizin haqq olan Rəbbiniz - Allah! Haqq gəldikdən sonra (onu qəbul etməsən), yolunu azmaqdan savayı nə qalar? Onda (haqdan) nə üçün üz döndərirsiniz?"
Sabirə Dünyamalıyeva:
Elə isə, bax O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq, həqiqətən sonra azğınlıqda başqa nə qalır! O halda, necə döndərilirsiniz?"