Rəd Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səndən əvvəlki elçilərə istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. (Bir görəydin onları) cəzalandırmağım necə oldu!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən əvvəl gəlib-gedən peyğəmbərlərə istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. Mənim onları cəzalandırmağım necə (də dəhşətli) idi! (Bir görəydin onlara dəhşətli əzab verdim!)
Elmir Quliyev :
До тебя посланники также подвергались осмеянию. Я предоставлял отсрочку неверующим, но потом хватал их. Каким же было Мое наказание!
Ələddin Sultanov:
Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə istehza edilmişdi. Beləcə, kafirlərə möhlət verdim, sonra da onları (əzabla) yaxaladım. Mənim cəzalandırmağım necə idi?!
Kerbelayi Malik ağa:
And olsun ki, səndən əvvəlki rəsullarla da istehza edildi. Lakin Mən kafir olan kəslərə möhlət verdim. Sonra onları yaxaladım (həlak etdim). O zaman Mənim cəzam necə oldu?
Ələsgər Musayev:
Səndən qabaqkı rəsullar ilə istehza etdilər. Möhlət verdim Mən o kəslərə ki, kafir idilər, sonra onları yaxaladım necə oldu Mənim iqabım!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə istehza edilmişdi, beləliklə, küfr (və istehza) edən kəslərə (bir müddət) möhlət verdim, sonra onları (suda boğulma, zəlzələ, səmavi bağırtı daş yağışı kimi əzablarla) yaxaladım. Buna görə (bax gör) Mənim əzabım necə olmuşdur?!
Kövsər Tağıyev:
And olsun, səndən əvvəl neçə-neçə peyğəmbərlərə istehza edildi. Mən inkar edənlərə bir müddət (möhlət) verdim, sonra da onları yaxaladım. (Anladılar ki,) Mənim cəzalandırmağım necə imiş!
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən əvvəl peyğəmbərlər məsxərəyə qoyuldular. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Gör cəzam necə imiş!
Sabirə Dünyamalıyeva:
And olsun ki, səndən əvvəlki elçilərə istehza edilmişdi. Mən, kafirlərə [Mənim məbud rəbb olduğumu bilə-bilə inkar edən/inanmayan kəslərə] möhlət verdim. Sonra da onları yaxaladım, haydı, baxın görün Mənim əzabım necə olurmuş!