Əlixan Musayev:
(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi;
Bünyadov-Məmmədəliyev:
Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır!
Elmir Quliyev
:
Аллах — Тот, Кто создал небеса и землю, ниспослал с неба воду и взрастил ею плоды для вашего пропитания, подчинил вам корабли, которые плывут по морям по Его воле, подчинил вам реки,
Ələddin Sultanov:
Göyləri və yeri yaradan Allahdır. O, göydən su endirib onunla sizin üçün ruzi olaraq meyvələr yetişdirdi. Əmri ilə dənizdə üzsünlər deyə gəmiləri, eləcə də çayları sizin xidmətinizə verdi.
Kerbelayi Malik ağa:
Səmaları və yeri yaradan və səmadan suyu endirən, beləliklə onunla sizin üçün məhsullardan ruzi yetişdirən və dənizlərdə əmri ilə üzməsi üçün gəmiləri sizə tabe edən və çayları da sizin əmrinizə tabe edən Allahdır.
Ələsgər Musayev:
Allah – Odur ki, səmaları və ərzi xəlq etdi və
səmadan su nazil etdi və xaric etdi onunla sizin üçün səmərəli
ruzilərdən. Ram etdi sizin üçün gəmini ki, Onun əmri ilə
dəryada üzsün və ram etdi sizin üçün nəhrləri.
A.Mehdiyev və D.Cəfərli:
Allah göyləri və yeri yaradan, göydən (yağış, qar və dolu şəklində) su nazil edən, beləliklə, onun vasitəsilə müxtəlif məhsullardan sizin (yeməyiniz, müalicəniz və geyinməyiniz) üçün ruzi çıxardan və gəmiləri Onun istək və iradəsi ilə dənizdə üzsünlər deyə sizin üçün ram edən və həmçinin çayları sizin üçün ram edəndir.
Kövsər Tağıyev:
Allah göyləri və yeri yaradan, göydən yağmur endirən və onunla sizə ruzi olaraq növbənöv meyvələr çıxaran, əmri ilə dənizdə üzsün deyə gəmiləri sizə ram edən, çayları da əmrinizə verəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göyləri və yeri yaradan, səmadan su endirərək onunla sizə ruzi- bəhrələr yetirən, Öz əmri ilə gəmiləri dənizdə üzmək üçün xidmətinizə verən və çayları sizə tabe edən Allahdır.
Sabirə Dünyamalıyeva:
Allah, göyləri və yeri yaradan, göydən su endirib onunla sizin üçün ruzi olaraq müxtəlif meyvələr bitirəndir. Və Allah, əmri ilə dənizdə üzüb getmələri üçün gəmiləri sizə tabe etdi/sizin istifadənizə uyğun xüsusiyyətlərdə yaratdı, çayları da sizə ram etdi.