Məryəm Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həm (məni) anama qarşı qayğıkeş (etdi); məni lovğa bədbəxt etmədi.
Bünyadov-Məmmədəliyev:
O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi!
Elmir Quliyev :
Он сделал меня почтительным к моей матери и не сделал меня надменным и несчастным.
Ələddin Sultanov:
Məni anama qarşı qayğıkeş etdi, təkəbbürlü bir üsyankar etmədi!
Kerbelayi Malik ağa:
Anama qarşı birr sahibi olmağı (əmr etdi) məni zalım şaki etmədi.
Ələsgər Musayev:
anama yaxşılıq etməyi. Etmədi məni zor deyən, düzgün olmuyan.
A.Mehdiyev və D.Cəfərli:
məni anama xeyirxah edib təkəbbürlü, itaətsiz rəhmətdən məhrum etməyib.
Kövsər Tağıyev:
“O, məni anama qarşı xoşrəftar biri etdi. Məni azğın bir dikbaş etmədi”.
M.Qənioğlu və T.Bilaloğlu:
anamın hörmətini saxlamağı tövsiyə edibdir. Məni qəddar sözdən çıxan etməyib.
Sabirə Dünyamalıyeva:
məni, anamla yaxşı rəftar edən biri etdi. məni zalım, bədbəxt biri etmədi.